ÜST rəhbəri Əfqanıstana səfər edib

ÜST rəhbəri Əfqanıstana səfər edib
  20 Sentyabr 2021    Oxunub:568
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Əfqanıstana səfər edib.
Azvision.az bu barədə “Tolo News”a istinadən xəbər verir.

ÜST rəhbəri Kabildə ölkənin hazırkı hakimiyyəti “Taliban” hərəkatının nümayəndələri ilə görüşəcək. O, Əfqanıstanda səhiyyə sahəsindəki mövcud vəziyyəti, Dünya Bankından respublikaya verilən yardımın azalmasını və onun bərpası imkanlarını müzakirə etmək niyyətindədir.

Hazırda ölkədə bir neçə min klinika bağlıdır, buna görə də insanlar lazımi tibbi yardım ala bilmir.

Bundan əvvəl Pakistan Əfqanıstanda səhiyyə sisteminin bərpasına dəstək vermək niyyətində olduğunu bildirib. Ölkə səlahiyyətliləri “Taliban” hakimiyyətə gəldikdən sonra bir çox mütəxəssisin respublikanı tərk etdiyini söyləyib.

"Tibb bacıları işə getməkdən qorxur və onların bir çoxu öhdəliklərini yerinə yetirmir. Kabildəki Məhəmməd Əli Cinnah Xəstəxanası normal fəaliyyət göstərir, lakin paytaxtın və bir çox başqa şəhərlərin sağlamlıq sahəsində ehtiyaclarını ödəyə bilmir", - Pakistanın Baş nazirinin köməkçisi Faysal Sultan deyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ÜST   Əfqanıstan  





Xəbər lenti