İdmançımızdan tarixi uğur

   İdmançımızdan tarixi uğur
  19 Sentyabr 2021    Oxunub:1181
Azərbaycan bodibildinqçisi Əliyulla Abbaszadə tarixi uğura imza atıb.
Azvision.az xəbər verir ki, təmsilçilərimiz İspaniyanın Sevilya şəhərində təşkil olunan mötəbər “Arnold Klassik Avropa” yarışında 3 medal qazanıblar.

Turnirdə 95 kiloqram çəki dərəcəsində çıxış edən Əliyulla Abbaszadə bütün rəqiblərini qabaqlayaraq nüfuzlu yarışın qalibi olub. Təmsilçimiz, həmçinin mütləq kateqoriyada bürünc medala yiyələnib. Bu medallar Azərbaycan bodibildinq idmanı tarixində "Arnold Klassik" yarışlarında qazanılan ilk mükafatlardır.

Digər idmançımız Rasim Həsənov isə mens fizik yarışlarında fərqlənərək qızıl medal qazanıb. R.Həsənov mayda İspaniyada təşkil olunan Avropa çempionatında da birinci olmuşdu.



Qeyd edək ki, "Arnold Klassik Avropa" yarışı 2011-ci ildən keçirilir. Hər il İspaniyada keçirilən yarış məşhur idmançı Arnold Şvartseneqqerin təşəbbüsü və Beynəlxalq Bodibildinq və Fitness Federasiyasının təşkilatçılığı ilə baş tutur.

Azvision.az



Teqlər: Uğur   Bodibildinq  





Xəbər lenti