“Azeri Light” bahalaşıb
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,08 dollar artaraq 73,41 dollar təşkil edib.
Qeyd edək ki, COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Sonradan qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı tədricən bərpa olunmağa, qiymətlər artmağa başlayıb. “Azeri Light”ın son iki ildə maksimum qiyməti bu il iyulun 5-də qeydə alınıb: bir barel üçün 78,35 dollar.
Azvision.az
Teqlər: Neft