Paralimpiyaçılarımızın qarşılanma mərasimi olub- FOTOLAR
“Bildiyiniz kimi atletika idman növü üzrə idmançımız Həmid Heydəri nizə atma növü üzrə 51.42 m nəticə göstərərək dünya rekorduna imza atıb. Atletika idman növü üzrə digər idmançımız Elvin Astanov ( F53 - nüvə itələmə) növü üzrə 8.77 metr nəticə göstərərək dünya rekordunu yeniləyib. Üzgüçülük idman növü üzrə təmsilçi Vəli Israfilov isə 1:04.86 nəticə ilə Paralimpiya rekorduna imza atıb. Bundan başqa atletika idman növü üzrə idmançı Lamiyə Vəliyeva 400 metr kateqoriyasında 55.00 saniyəlik Paralimpiya rekordunu yeniləyib. Bütün bunlar bizi fərəhləndirir və paralimpiyaçılarımızı bir daha təbrik edirik. Tokioda sərgilənən bu uğur, nailiyyətlər Azərbaycan dövlətinin idmana, gənclərə göstərdiyi qayğının nəticəsidir. Uzun illər ölkə rəhbərliyi, cənab Prezident İlham Əliyev idmanın bütün sahələrinin inkişafına dəstək göstərib. Onun sayəsində Azərbaycan idmançıları daha da yüksək zirvələri fəth etməyi bacardılar, birbaşa Prezidentin diqqət və qayğısının bariz nümunəsidir ki, Azərbaycan paralimpiyaçıları dünya nəhənglərini qabaqlamağı bacardılar”.
Müsahibimiz fikirlərini onu da əlavə edib ki, qarşılama tədbirində Gənclər və İdman nazirinin müavini, Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavini, gənclər və idman idarələrinin rəisləri və müavinləri də iştirak ediblər.
Azvision.az
Teqlər: Paralimpiya