Putin və Sarkisyan Dağlıq Qarabaqdan danışdı
Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.
AzVision.az RİA Novosti-yə istinadən verdiyi məlumata görə, prezidentlər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini və bu istiqamətdə atılan addımları müzakirə ediblər.
ATƏT-in Minsk qrupunda həmsədr qismində Rusiyanın fəaliyyətini yüksək qiymətləndirən S.Sarkisyan həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilmiş birgə səylərinin vacibliyini vurğulayıb. O, Ermənistanın münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk qrupu ilə birgə işləməyə davam etməyə hazır olduğunu təsdiq edib.
Tərəflər, həmçinin Krımdakı vəziyyəti və Ermənistanın Gömrük İttifaqına qoşulması məsələlərini müzakirə ediblər.
Telefon danışığı S.Sarkisyanın təşəbbüsü ilə baş tutub.