“Gülər Əhmədova dərmanla yatıb-durur”

“Gülər Əhmədova dərmanla yatıb-durur”
  30 Mart 2013    Oxunub:1290
Bu gün vəkili Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq millət vəkili Gülər Əhmədova ilə görüşüb.
Bu barədə vəkil Raqif Mustafayev məlumat verib.

Vəkil müdafiə etdiyi şəxsin ürək tutmalarının olduğunu açıqlayıb:

“Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov onkoloji xəstədir və artıq səhhətində ciddi problemlər yaranıb. Gülər Əhmədova bu xəbəri eşitdikdən sonra səhhəti daha da pisləşib. Bu stress səhhətində elə problem yaradıb ki, artıq Gülər Əhmədova psixotrop dərmanlar istifadə etmədən yata bilmir”.

R. Mustafayev müdafiə etdiyi şəxsin barəsində aparılan ibtidai istintaqdan narazı olduğunu da qeyd edib.(apa)


Teqlər:  





Xəbər lenti