İdrak Mirzəlizadə Rusiyada arzuolunmaz şəxs elan edildi

      İdrak Mirzəlizadə    Rusiyada  arzuolunmaz şəxs elan edildi
  30 Avqust 2021    Oxunub:8301
Daxili İşlər Nazirliyi komediya aktyoru İdrak Mirzəlizadənin Rusiyada qalmasını ömürlük arzuolunmaz elan edib.
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Belarus vətəndaşı, “stand-up” yumorist İdrak Mirzəlizadənin Rusiyaya gəlməsini ömürlük arzuolunmaz hesab etməyə qərar verib. Bu barədə idarənin saytında məlumat verilib.

" İdrak Mirzəlizadə ictimai çıxışlarında rus millətindən olan şəxslərə qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələrə yol verib. Bu baxımdan onun Rusiya Federasiyası ərazisində olması ictimai asayişi, hüquqları pozur və başqalarının qanuni hüquq və maraqlarına ziddir" , - məlumatda deyilir.
Nazirlik əlavə edib ki, yaxın vaxtlarda qərar barədə Mirzəlizadəyə məlumat veriləcək.

Son illərdə “stand-up” sənətçi bir neçə dəfə Rusiyaya gəlib və bu ilin mart ayında yaşamaq icazəsi alıb.

Avqustun əvvəlində Moskvanın Taqanski Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinə əsasən "Nifrət və ya düşmənçiliyə təhrik, habelə insan ləyaqətinin alçaldılması" maddəsi ilə on günlük inzibati həbs cəzasına məhkum edib. Cinayət işinin qaldırılmasına səbəb İnternetdə yayılan bir komik videoda aktyorun "Ruslar və nəcis" haqqında zarafat etməsidir. Mirzəlizadənin sözlərinə görə, fraqment "kontekstdən çıxarılıb", monoloqun özündə isə o əksinə, ksenofobiyanı lağa qoyub.

Komediya ustası məhkəmədə zarafatından inciyə biləcək insanlardan üzr istəyib, lakin millətlərlərarası nifrəti qızışdırdığını boynuna almayıb.

İdrak Mirzəlizadə “stand-up” komediya ustası, zərif semantik quruluşlar vasitəsilə absurd zarafatlara əsaslanan ağıllı komik janrın davamçılarından sayılır.

Komediya aktyorunun doğum tarixi ilə bağlı media nümayəndələrinin fikirləri fərqlidir. Bəziləri sənətçinin 6 may 1992 və ya 1995-ci ildə Azərbaycanda doğulduğunu, bəziləri 4 iyun 1995-ci ildə, digərləri isə 17 fevral 1995-ci ildə doğulduğunu iddia edirlər. Doğru olan isə 2014-cü ildə TNT-də yayımlanan “Stand Up” proqramında ilk dəfə çıxış edən oğlanın 21 yaşında olduğunu etiraf etməsidir.

5 yaşında Şaxta babanın olmadığını öyrənən İdrakın milliyyətcə azərbaycanlı olduğu deyilir. Nə qədər qəribə olsa da, onun valideynləri Əbilov soyadını daşıyırlar. Görünür, ona soyad olaraq babası Mirzəlinin adını veriblər.

Nadir Quliyev
Azvision.az



Teqlər: İdrak-Mirzəlizadə   Rusiya   Komik  





Xəbər lenti