İsrail Suriyaya zərbə endirdi
Ötən gecə İsrail hərbiçiləri Suriya aviasiyasına və artilleriyasına zərbələr endirib. ÇAXAL-ın rəsmi nümayənsdəsi Piter Lernerin sözlərinə görə, buna səbəb İsrail hərbi maşının Suriya ilə sərhəddə reyd zamanı minaya düşməsi və 4 əsgərin yaralanması olub.
Mətbuata sızan məlumatlara görə, Suriya ordusunun komanda məntəqələri, atəş batareyaları və təlim mərkəzləri zərbələrin hədəfi olub. İsrail aviasiyası Dəməşq-Kunteyra yolunda Əsəd qüvvələrinin 90-cı və 68-ci diviziya qərargahlarını da bombalayıb.
Xatırladaq ki, Suriya tərəfi məlumatı nə təsdiq, nə də ki, təkzib edib.
Vüqar İsmayılov
Teqlər: