Bu saxtalığın Ramil Usubova aidiyyatı yoxdur
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bir müddət əvvəl də nazirin adından "facebook" sosial şəbəkəsində iki saxta profil yaradılıb. Həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilib. Sonradan onları yaradanlar müəyyən edilərək barələrində müvafiq tədbir görülüb:
“Qeyd etməyi vacib bilirik ki, yeni yaradılan profil də saxtadır və daxili işlər nazirinə heç bir aidiyyatı yoxdur. Nazirə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsinin Daxili İşlər Nazirliyinin internet saytı (mia.gov.az və ya din.gov.az) olduğunu bir daha diqqətə çatdırırıq”.
Teqlər: