Şimon Peres: Sülh danışıqlarına davam edəcəyik

Şimon Peres: Sülh danışıqlarına davam edəcəyik
  19 Mart 2014    Oxunub:1021
AzVision.az xarici istinadən verdiyi xəbərə görə, İsrail prezidenti Şimon Peres fələstinlilər və israillilərin anlaşmaya və razılığa gələcəklərini bildirib: “İndi danışıqların həlledici mərhələsindəyik. Biz “iki xalq İki dövlət” prinsiplərinə riayət etmək üçün əlimizdən gələni əsirgəməməliyik."

Peres əlavə edib ki, Fələstin prezidenti Mahmud Abbas danışıqlar üzrə əla tərəf müqabilidir.
Onların dialoqunda bəzi fikir ayrılıqları müşahidə olunmasına baxmayaraq Peres qeyd edib ki, bu normaldır. Danışıqlar ona görə mövcuddur ki, ortaya çıxan problemləri həll etmək mümkün olsun.

Qeyd edək ki, Fələstin prezidenti Mahmud Abbas hazırda Vaşinqtonda işgüzar səfərdədir.


Teqlər:  





Xəbər lenti