BTC kəməri ilə 15,2 milyon ton neft daşınıb

BTC kəməri ilə 15,2 milyon ton neft daşınıb
  21 Avqust 2021    Oxunub:1765
Yanvar-iyul aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 20 milyon 366,1 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, nəqletmənin 74,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 7 ayda bu kəmərlə 15 milyon 244,4 min ton neft nəql edilib.

Cari ildə BTC ilə 1 milyon 918,1 min ton tranzit nefti də ötürülüb.

Azvision.az



Teqlər: BTC  





Xəbər lenti