Avropa Məhkəməsi Öcalana haqq qazandırdı
Bundan əlavə məhkəmə PKK liderinə kəsilən ağırlaşdırılmış ömürlük həbs cəzasının şərti azadlığa buraxılmaqla əvəz edilməsini lazım bilib.
Öcalanın Türkiyəyə qarşı təzminat davası isə qəbul olunmayıb. Yalnız məhkəmə xərclərini ödəmək üçün 25 min avro cəza kəsilib.
Öcalanın vəkilləri həbsin ilk illərində ona qarşı insan haqlarına uyğun olmayan formada davaranıldığını, cəmiyyətdən izolyasiya olunduğuyla bağlı höküməti ittiham etmişdi.
Xatırladaq ki, Öcalan həbsdə onu zəhərləmək istədiklərini də dilə gətirmiş və iddiaya salmışdı.
İmralıda Öcalanı 6 kərə ziyarət edən Avropa İşgəncələrə qarşı komitəsinin raportu ötən həftə açıqlandı. Raportda Öcalanın saxlanmasında problem olmadığı və ona qarşı işgəncə verilmədiyi əksini tapmışdı. Amma buna baxmayaraq vəkilləri və yaxınları ilə görüşməsində yaranan problemlərin aradan qaldırılması tövsiyyə olunub.
Bu raportlardan sonra Türkiyə höküməti tərəfindən müəyyən addımlar atılmış və onun saxlanma şəraiti yaxşılaşdırılıb. Belə ki, İmralıya başqa məhkumlar da köçürülmüş və Öcalanın açıq havaya çıxmasına şərait yaradılıb.
Lakin Hökümət onun zamanla zəhərləndirilməsi ioddiasını rədd edib.
Emin Piri
Teqlər: