Ukraynada silahlı müqavimət başladı - VİDEO
Artıq Donbasda blokpostlar qurulub və bu vilayətin bəzi mərkəzi avtomobil yollarını əhatə edib. Postlar “Donbasın xalq dəstələri” və “Faşistləri durdurun” adlı separatçı qruplar tərəfindən təşkil olunub.
Təşkilatçılardan olan Serqey Kovalçuk deyib ki, onlar bununla Ukrayna ordu birləşmələrinin Rusiya sərhədinə yaxınlaşmasının qarşısını almaq istəyirlər.
Artıq vilayətin Anadol, Artyemovski, Qorlovka qəsəbələri istiqamətindən keçən magistral yollarda postlar qurulub. Separatçılar təəssübkeşlərdən kömək də istəyiblər.
S. Həsənova