"Bu xəmir hələ çox su aparacaq" - Deputat Əfqanıstandan danışdı

   "Bu xəmir hələ çox su aparacaq" -    Deputat Əfqanıstandan danışdı
  16 Avqust 2021    Oxunub:1663
Radikal Taliban qruplaşması 2 dekadan sonra yenidən Əfqanıstanda hakimiyyəti ələ keçirdi. İnsanların bir qisminin ölkəni tərk etmək üçün beynəlxalq hava limanına üz tutduğu Əfqanıstan iqtisadiyyatı son silahlı çevrilişədək inkişaf dövrünü yaşayırdı.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 20 il öncə Taliban silahlı qruplaşmasından xilas olan zaman Əfqanıstanın Ümumi Daxili Məhsulu (ÜDM) 4 milyard dollar idisə ötən müddətdə bu rəqəm 19 milyard dolları keçə bildi:

"Doğrudur, Dünya Bankının qiymətləndirmələrinə görə, 40 milyon nəfərə yaxın əhalisi olan Əfqanıstanda əhalinin 54 faizi yoxsulluq səviyyəsində yaşayır və 42 faizi işsizdir. Bununla belə, Əfqanıstanda dövlət borcu ÜDM-in 7 faizinədək azaldıla bilmişdi. Sözügedən dövrdə Əfqanıstan hakimiyyəti 7.8 milyard dollarlıq xarici valyuta ehtiyatları formalaşdırmağı bacardı. Bu müddətdə Əfqanıstan beynəlxalq qurumlar ilə yenidən əlaqələri inkişaf etdirə bildi.

Həmçinin 2016-cı ildə Ümumdünya Ticarət Təşkilatına üzv oldu. İlkin proqnozlar, son hakimiyyət dəyişikliklərindən sonra Əfqanıstanda həm iqtisadi tənəzzülün dərinləşəcəyi və beynəlxalq maliyyə institutları ilə münasibətlərin yumşaq olmayacağı gözlənilir".

Onun sözlərinə görə, Azərbayan Əfqanıstana strateji enerji məhsulları ixracatı həyata keçirir. Əfqansıtan ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 37.7 milyon dollar olub. Bu əvvəlki il ilə müqayisədə 2 dəfəndən çox azalma deməkdir:

"İki ölkə arasında illik ticarət dövriyyəsi 2014-cü ildə ən yüksək məbləğdə, 275 milyon dollardan çox olub. Son ilin statistikası göstərir ki, iki ölkə ticarət dövriyyəsi sadəcə Azərbaycandan Əfqanistana ixrac üzərində formalaşıb. Göründüyü kimi, Əfqanıstandakı son dəyişikliyin Azərbaycan iqtisadiyyatına hər hansı xüsusı təsirləri olmayacaq. Bununla yanaşı, Əfqanıstanın da uzaq olmadığı Mərkəzi Asiya regionu yeni mərhələyə daxil olur. Bir sıra qərb ölkələrinin seyrici olduğu bu xəmir hələ çox su aparacaq".

Azvision.az




Teqlər: Əfqanıstan   Azərbaycan  





Xəbər lenti