Əfqanıstan hadisələrinin Azərbaycan iqtisadiyyatına təsiri olacaqmı?

   Əfqanıstan hadisələrinin Azərbaycan iqtisadiyyatına təsiri olacaqmı?
  16 Avqust 2021    Oxunub:1613
Radikal Taliban qruplaşmasının yenidən Əfqanıstanda hakimiyyəti ələ keçirməsi özü ilə bir sıra sosial-siyasi böhran gətirib. Maraqlıdır, Hazırda xaos halında olan bu ölkədəki siyasi böhran hansı iqtisadi problemlərə səbəb olacaq. Azərbaycanla iqtisadi əlaqələrdə axsamalar olacaqmı?
Məsələni Azvision.az –a şərh edən Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramlı deyib ki, hazırda insanların ölkəni tərk etmək üçün beynəlxalq hava limanına üz tutduğu Əfqanıstan iqtisadiyyatı hərbi çevrilişədək inkişaf dövrünü yaşayıb:

Qan tökülməsin deyə yoxa çıxan Qani: Keçmiş prezident haradadır?
“20 il öncə Taliban silahlı qruplaşmasından xilas olan zaman Əfqanıstanın Ümumi Daxili Məhsulu (ÜDM) 4 milyard dollar idisə, ötən müddətdə bu rəqəm 19 milyard dolları keçə bildi. Doğrudur, Dünya Bankının qiymətləndirmələrinə görə, 40 milyon nəfərə yaxın əhalisi olan Əfqanıstanda əhalinin 54 faizi yoxsulluq səviyyəsində yaşayır və 42 faizi işsizdir. Bununla belə, bu ölkədə dövlət borcu ÜDM-in 7 faizinədək azaldıla bilmişdi. Sözügedən dövrdə Əfqanıstan hakimiyyəti 7.8 milyard dollarlıq xarici valyuta ehtiyatları formalaşdırmağı bacardı. Bu müddətdə Əfqanıstan beynəlxalq qurumlar ilə yenidən əlaqələri inkişaf etdirə bildi. Həmçinin 2016-cı ildə Ümumdünya Ticarət Təşkilatına üzv oldu. İlkin proqnozlar isə belədir ki, son hakimiyyət dəyişikliklərindən sonra Əfqanıstanda həm iqtisadi tənəzzülün dərinləşəcəyi və beynəlxalq maliyyə institutları ilə münasibətlərin yumşaq olmayacağı gözlənilir.



Azərbayanın Əfqanıstana strateji enerji məhsulları ixracatı həyata keçirdiyini xatırladan Vüqar Bayramov iki ölkə arasında olan ticarət dövriyyəsinin ötən il 37.7 milyon dollar olduğunu xatırladıb.

“Bu əvvəlki il ilə müqayisədə 2 dəfədən çox azalma deməkdir. İllik ticarət dövriyyəsi 2014-cü ildə ən yüksək məbləğdə, 275 milyon dollardan çox olub. Son ilin statistikası göstərir ki, iki ölkə ticarət dövriyyəsi sadəcə Azərbaycandan Əfqanistana ixrac üzərində formalaşıb. Göründüyü kimi, Əfqanıstandakı son dəyişikliyin Azərbaycan iqtisadiyyatına hər hansı xüsusı təsirləri olmayacaq. Bununla yanaşı, Əfqanıstanın da uzaq olmadığı Mərkəzi Asiya regionu yeni mərhələyə daxil olur. Bir sıra Qərb ölkələrinin seyrci olduğu bu xəmir hələ çox su aparacaq”.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Əfqanıstan   Taliban   Azərbaycan  





Xəbər lenti