NATO Rusiya ilə praktik əməkdaşlığı dayandırdı
“Rusiya ilə əməkdaşlığımızı yenidən gözdən keçirirk. Artıq qərara almışıq ki, RF ilə praktik əməkdaşlığı dayandıraq. Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin 1-2 aprel görüşləri zamanı Rusiya ilə bütün əlaqələrə baxılacaq. Şimali Atlantika Alyansı NATO-nun baş katibi Anders foq Rasmussen belə deyib.
“ Göyərtəsində Suriyaya aid kimyəvi silahların məhvi nəzərdə tutulmuş Amerika gəmisinin təhlükəsizliyinin təmin edilməsi üzrə dənizdə birgə əməliyyatlar planlaşdırmışıq” – deyə Rasmussen xatırladıb -“Biz həmin gəmini qoruyacağıq, lakin Rusiya bu əməliyyatlarda iştirak etməyəcək. Bu, əməkdaşlığın dayandırılmasına bir misaldır”.
Xatırladaq ki, dünən Rasmussen, Ukraynanın xarici işlər nazirinin səlahiyyətlərini yerinə yetirən Andrey Deşitse ilə Bürüsseldə görüşünün yekunu olaraq bəyan edib ki, Ukrayna və NATO hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir.
Səbinə Həsənova
Teqlər: