Türk mətbuatı Azərbaycanın “nurçu” məmurlarından yazdı

Türk mətbuatı Azərbaycanın “nurçu” məmurlarından yazdı
  18 Mart 2014    Oxunub:946
Prezident Adminstrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun vəzifəsindən azad edilməsi yerli mətbuatla yanaşı, Türkiyə mətbuatında da böyük əks- səda yaradıb.
AzVision.az xəbər verir ki, türk mətbuatının yazdığına görə, E.Aslanovun işdən azad edilməsi adının “nurçu” qalmaqalında hallanması ilə bağlıdır.
Bildirilir ki, Elnur Aslanov bir müddət öncə din xadimi Fəthullah Gülənə məktub yazıb və ona bağlılığını ifadə edib. Eyni zamanda türk mətbuatında yer alan məlumata görə, Türkiyədəki “paralel dövlət” Azərbaycanın dövlət qurumlarına da sızıb.

Türkiyə mətbuatı iddia edir ki, Elnur Aslanovla yanaşı, prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, millət vəkilləri Ceyhun Osmanlı, Fuad Muradov və Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa camaata yaxın şəxslərdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti