Rza Zərrab rüşvəti şokolad qutusunda göndərirmiş
Belə ki, səs yazısına görə, Rza Zərrab köməkçisinə zəng edir və Egemen Bağışa göndərmək üçün şokolad qutusu və bahalı olmayan gümüş boşqab almağı tapşırır. Həmçinin köməkçisinə boşqabın altına 500 min dollar qoymağı bildirib.
Eyni səs yazısındakı başqa bir telefon danışığında isə Egemen Bağışla Rza Zərrab danışır. Bağış olduğu iddi edilən şəxs deyir ki, patron onu Ankaraya çağırıb, buna görə də istəyir ki, ona çatacaq paket köməkçisi Marinaya verilsin.
Digər səs yazısında isə sabiq nazirlə iş adamının köməkçiləri danışır və bildirirlər ki, paket heç bir problem olmadan təslim edilib.
Fatimə Kərimli