İcra başçıları İsveçrədə

İcra başçıları İsveçrədə
  18 Mart 2014    Oxunub:959
Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti İsveçrədə işgüzar səfərdə olublar.
Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti martın 9-16-da İsveçrədə işgüzar səfərdə olublar.

AzVision.az xəbər verir ki, Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfirliyindən AzərTAc-a bildiriblər ki, səfərin məqsədi İsveçrənin yerli idarəetmə sistemi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirmək olub.

Lənkəran, Biləsuvar, Qubadlı, Siyəzən, Culfa, Xızı, Qobustan, Balakən və Ağstafa icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti Bern, Luqano, İnterlaken, Frauenfeld və Şvits şəhərlərinə işgüzar səfərlər edib və həmin şəhərlərin rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə İsveçrədə yerli idarəetmənin təşkili, şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi və s. mövzular ətrafında fikri mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti