Səddam Hüseynin qurbanları anılıb
Ziyarətdən sonra İraqın Ənfal və Şəhidlər naziri Aram Əhməd Hələbçə soyqırımı faciəsindən danışıb.
Bu kimi qırğınların təkrar baş verməməsi üçün beynəlxalq müstəvidə hər zaman bu cür hadisələrin gündəmə gətirildiyini söyləyən Əhməd Hələbçə vətəndaşlarının yaşadıqları ağrı və acıları paylaşdığını dilə gətirib.
Qeyd edək ki, 1988-ci ilin mart ayının 16-da Hələbçədə sözün əsl mənasında soyqırımı törədilib. Səddam Hüseyn Ənfal əməliyyatı zamanı Hələbçəni kimyəvi qazla vurub. Uşaqların və qadınların çoxluq təşkil etdiyi bu qırğında 5 min insan şəhid olub ,10 min nəfər isə yaralanıb. Bu günə kimi minlərlə körpə kimyəvi qazın gətirdiyi ziyanın nəticəsində ya ölü, ya da şikəst doğulur.