İqtisadiyyata investisiya qoyuluşu 12% azalıb

İqtisadiyyata investisiya qoyuluşu 12% azalıb
  11 Avqust 2021    Oxunub:1096
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 7 059,3 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% az vəsait yönəldilib.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,4%, qeyri-neft-qaz sektoruna investisiyalar isə 13,4% azalıb.

7 aylıq investisiya qoyuluşunun 4 883 milyon manatı və yaxud 69,2%-i məhsul istehsalı sahələrinə, 1 639 milyon manatı və yaxud 23,2%-i xidmət sahələrinə, 537,3 milyon manatı və yaxud 7,6%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 463,7 milyon manatını və yaxud 63,2%-ni daxili vəsaitlər təşkil edib, 4 797,1 milyon manatı və yaxud 68%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

İnvestisiya qoyuluşunda müəssisə və təşkilatların vəsaitləri 60,3%, büdcə vəsaitləri 19,6%, bank kreditləri 6%, əhalinin şəxsi vəsaitləri 7%, sair vəsaitlər isə 7,1% paya malik olub.

Azvision.az


Teqlər: İqtisadiyyat  





Xəbər lenti