Kanada baş naziri: “Referendumu tanımırıq”
“Bu referendum qeyri-legitimdir. Krımın öz müqəddəratını təyin etməsi barədə səsvermənin hüquqi qüvvəsi yoxdur və ona görə də Kanada hakimiyyəti onun nəticələrini tanımaq niyyətində deyil” - deyə Harper qeyd edib.
Qeyd edək ki, Krımın statusu barədə referendum martın 16-sı keçirilib. Son məlumatlara görə seçicilərin 95%-i Krımın Rusiyanın tərkibinə daxil olması üçün səs verib. Rusiya prezidenti Vladimir Putin öz amerikalı həmkarı Barak Obama ilə telefon danışığı zamanı qeyd edib ki, Krımın statusu haqqında referendum beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə uyğun keçirilib.
Teqlər: