KOBİA-nın üzərinə yeni vəzifələr qoyulub

KOBİA-nın üzərinə yeni vəzifələr qoyulub
  09 Avqust 2021    Oxunub:974
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Nizamnaməsində dəyişiklik edib.
Azvision.az xəbər verir ki, dəyişikliyə əsasən, Agentlik sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq məqsədilə “e-KOB evi” portalının (bundan sonra – portal) yaradılmasını, fəaliyyətini, portalda “Sahibkarın elektron kabineti” və “Biznes Naviqator” altsistemlərinin yaradılmasını, dövlət orqanları (qurumları) tərəfindən KOB evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra − EHİS) inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini təmin etməlidir.

İndiyə qədər KOBİA sadəcə “e-KOB evi” portalının (bundan sonra – portal) yaradılmasını, fəaliyyətini, portalda “Sahibkarın elektron kabineti” bölməsinin və “Elektron sahibkar” sisteminin yaradılmasını, elektron xidmətlərin mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiyasını təmin etməli idi.

Azvision.az


Teqlər: KOBİA  





Xəbər lenti