Muxtar respublikada orta aylıq əməkhaqqı artıb

Muxtar respublikada orta aylıq əməkhaqqı artıb
  08 Avqust 2021    Oxunub:1213
2021-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 540,8 manat olub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, 2011-ci ildə isə bu göstərici 341,4 manat təşkil edib. Hazırda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği dövlət sektorunda 560,1 manat, qeyri-dövlət sektorunda isə 528,7 manat təşkil edir. Bir işçiyə hesablanmış ən yüksək orta aylıq əməkhaqqı göstəricisi dövlət idarəetməsi və icbari sosial təminat, maliyyə və sığorta fəaliyyəti, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınıb.

Azvision.az


Teqlər: Naxçıvan   Maaş  





Xəbər lenti