Dünyanın ən bahalı serialı: “Üzüklər hökmdarı”nın çəkilişi bitib - Fotolar

      Dünyanın ən bahalı serialı:    “Üzüklər hökmdarı”nın çəkilişi bitib -    Fotolar
  05 Avqust 2021    Oxunub:2951
“Üzüklər hökmdarı” (“The Lord of the Rings”) serialının birinci mövsümünün çəkilişi başa çatıb. Bununla bağlı “Amazon”un yaydığı rəsmi məlumatda deyilir ki, serial 2022-ci ilin sentyabrından yayımlanmağa başlayacaq.

Azvision.az xatırladır ki, “Amazon Prime Video” striminq şirkəti “The Lord of the Rings”in televiziya hüquqlarını 2017-ci ilin noyabrında $250 milyona almışdı. Bu o deməkdir ki, “Üzüklər hökmdarı” dünyanın ən bahalı serialı olacaq.


Şounun kastinqi bütün dünyada aparılıb. Çəkilişlər 2020-ci ildə Oklenddə (Yeni Zelandiya) başlayıb. Arada pandemiyaya görə işlərə fasilə verilib. Serialın natura çəkilişləri Yeni Zelandiyanın meşələrində və dağlarında, orijinial trilogiyanın çəkildiyi yerlərdə aparılıb.





Samir Quliyev
Azvision.az



Teqlər: Serial   Kino   Üzüklər-Hökmdarı  





Xəbər lenti