Əfqanıstanda nazirin evinə hücum edilib: 8 ölü (YENİLƏNİB)
Nazirlik nümayəndəsi ölənlərin və yaralıların sayının artacağını istisna etməyib.
***
09:45
Əfqanıstanın müdafiə naziri general Bismillah Xan Məhəmmədinin evinə hücum zamanı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə "AFR" təhlükəsizlik xidmətlərindəki mənbəyinə istinadən məlumat yayıb.
Eyni zamanda, ölənlərin hücum edənlər və ya mülki şəxslər olduğu açıqlanmır.
Agentlik Daxili İşlər Nazirliyinin sözçüsü Mirvais Stanekzaya istinadən nazirin evinə hücum edənlərin hamısının məhv edildiyini bildirib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Əfqanıstan Hücum