Bu ilin altı ayı uğurlu olubmu?- STM-in sorğusu

  02 Avqust 2021    Oxunub :384
Bu ilin altı ayı uğurlu olubmu?-  STM-in sorğusu
Sosial Tədqiqatlar Mərkəzi (STM) 2021-ci ilin ilk altı ayının neçə keçməsi barədə sorğuda iştirak edənlərin rəyini öyrənib və respondentlərdən şəxsi kontekstdə ilin dəyərləndirilməsi istənilib.
Azvision.az xəbər verir ki, STM-in hesabatında respondentlərin yarıdan çox hissəsi (63.0%) üçün keçən 6 ay bu və ya digər dərəcədə uğurlu, üçdə bir hissəsi (33.0%) üçün isə uğursuz olub:

“Müqayisə üçün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən 2020-ci ilin dəyərləndirilməsini öyrənən sorğuya nəzər yetirək. Həmin sorğuda məlum olub ki, 2020-ci il əhalinin üçdə ikisi üçün müxtəlif dərəcələrdə (70.2%) uğurlu olduğu halda, yerdə qalan 29.8% üçün uğursuz olub.

Bakı və Dağlıq Şirvanda yaşayanlar arasında ilin yarısının uğurlu keçdiyini deyənlər digər bölgələrə nisbətdə ən azı 10.0% daha çoxdur. Yaş cəhətdən 26-35 yaş aralığında olanlar arasında ilin yarısının uğurlu keçdiyini deyənlər daha azdır. Baxmayaraq ki, seçmənin üçdə biri üçün ilin ilk 6 ayı uğursuz keçib, yalnız 10.0% respondent yarım ilin uğursuz davam edəcəyini düşünür. Bu nəticə insanlar arasında olan nikbinlikdən xəbər verir ki, bunun da bir sıra səbəbləri var. Pandemiya şərtlərinin yumşaldılması, əmək bazarında canlanmanın başlanması, şəhərlər və rayonlararası daxili hərəkətə icazənin verilməsi və şənlik mərasimlərinin bərpası nikbinliyin arxasındakı səbəblər kimi qarşıya çıxır".



Aytən Zəhra
Azvision.az


Teqlər: Sorğu  







Xəbər lenti