Muğlada yanğın yaşayış məntəqələrinə yayılıb
Bölgədə əsən güclü külək alovun qısa vaxtda yayılmasına səbəb olub. Yanğının daha şiddətli olduğu İçmələr bölgəsində sahildəki otellərin həyətindəki ağaclar yanıb. Otelin müştəriləri təxliyə ediliblər.
Yanğın səbəbindən Marmarislə İçmələr məhəlləsini birləşdirən əsas yolda hərəkət dayandırılıb. Bölgədə qatı tüstü müşahidə edilir.
Azvision.az