100 nəfər yuxuda olarkən qətlə yetirildi

100 nəfər yuxuda olarkən qətlə yetirildi
  17 Mart 2014    Oxunub:1165
Nigeriyada ən azından 100 nəfər qətlə yetirildi.
Martın 15-dən 16-na keçən gecə Nigeriyada 40 nəfər naməlum silahlı şəxs ölkənin Kaduna regionunda üç kəndə qəflətən hücum edərək oranı atəşə tutublar.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Hadisə insanların yuxuda olduqları zaman baş verdiyindən qaçmaq mümkün olmayıb və nəticədə həlak olanların sayı 100 nəfərə qatıb.

Regionun Şensi kənd sakinləri daha çox itki vermişdir. Kəndin 50 sakini həmin qəfil hücumun qurbanı olub.

Gecə basqınından birtəhər canlını qurtaran kənd sakinləri evlərinə dönməyə ehtiyat edirlər.

Regionun polis komissarı silahlı basqının nə məqsədlə törədildiyi barədə məlumat verməkdən boyun qaçırıb.

Bəzi mənbələrə görə gecə basqını, bir neçə gün əvvəl müsəlman çobanın qətlə yetirilməsinə cavab olaraq təşkil edilib.


Teqlər:  





Xəbər lenti