ABŞ internet nəzarətindən imtina edir

ABŞ internet nəzarətindən imtina edir
  16 Mart 2014    Oxunub:999
ABŞ hakimiyyəti internet üzərində birbaşa nəzarətdən imtina etmək qərarına gəlib.
ABŞ hakimiyyəti qlobal internet şəbəkəsinin idarə edilməsi üzərində birbaşa nəzarətdən həmişəlik imtina etmək qərarına gəlib. Bu barədə “The Washington Post” qəzeti ABŞ Ticarət Nazirliyinin nümayəndəsi LourensStriklinqin sözlərinə istinadən məlumat verib. AzVision.az `İtar-Tass`a istinadən xəbər verir ki, məqalədə qeyd olunur ki, internetin Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altına verilməsi tam istisna edilir.

Hələlik internetin texniki koordinasiyası ilə əsasən Los-Ancelesdə yerləşən “ICANN” (Internet CorporationforAssignedNames and Numbers - internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyası məşğul olur. “The WashingtonPost”un məlumatına görə, korporasiyanın Ticarət Nazirliyi ilə imzaladığı sazişin müddəti növbəti ildə başa çatacaq. İndiyədək sazişin müddəti mütəmadi olaraq uzadılıb, lakin hazırda bunun təkrarlanacağı hələ ki məlum deyil. Hər halda “ICANN” prezidenti FadiŞehade bəyan edib ki, bütün dünya ictimaiyyətinin cəlb ediləcəyi keçid prosesinin başlanmasını alqışlayır.

Qəzetin yazdığına görə, ABŞ hakimiyyəti internetin federal hökumət nəzarətindən yeni rejimə keçidi üçün kəskin şərtlər və müddətmüəyyən edib.

Hakimiyyət nümayəndələrinin sözlərinə görə, dünyada əsas maraqlı tərəflərin etibarını qazanacaq yeni nəzarətedici orqanınyaradılmasına ehtiyac duyulur. Burada söhbət əksər ölkələrin müdafiə etdiyi, ABŞ-ın isə çoxdan əleyhinə çıxış etdiyi BMT-dən getmir.

Məlumata əsasən, qəbul edilmiş qərarın praktiki nəticələri hələ ki aydın deyil. Lakin qərar dünyada ABŞ-ın internetə nəzarəti və öz nəzarətedici rolunun üstünlüklərindən istifadə etməsi ilə bağlı yaranan şikayətlərin qarşısını ala bilər.


Teqlər:





Xəbər lenti