Regional bazarda Ermənistan və Gürcüstan niyə yoxdur? - ŞƏRH

 Regional bazarda Ermənistan və Gürcüstan niyə yoxdur? -  ŞƏRH
  23 İyul 2021    Oxunub:1767
Rəsmi Tehran Azərbaycan, İran, Türkiyə və Rusiyanın regional bazar yaratması istiqamətində işlərin getdiyni açıqlayıb.

Mövzunu Azvision.az - a şərh edən iqtisadçı Eldəniz Əmirov bildirib ki, regional bazarın yaradılması üçün İran tərəfi daha təşəbbüskardır və bu, başadüşüləndir.
Onun sözlərinə görə, qarşı tərəf burada ixrac potensialını reallaşdırmaq fürsətləri qazanacağını düşünür.

"Çünki o olkələr bu regional bazardan daha çox fayda göturəcəkdir ki, onların istehsal-ixrac (qeyri-neft) potensialı daha geniş olsun. Məsələyə bu konteksdən yanaşdıqda bunun İrana və Türkiyəyə faydaları daha çoxdur. Perspektivdə isə Türkiyə İranı da üstələyərək, regional bazarın iştiraçkıları arasında şəksiz lider ola bilər. Türkiyə iqtisadiyyatının mövcud potensialı buna imkan verir. Ümumiyyətlə, bura ixracda çətinlik çəkənlər üçün daha yararlı ola bilər", - ekspert deyib.

- Gürcüstan və Ermənistan niyə bu layihədə yoxdur? - sualına aydınlıq gətirən E.Əmirov bildirib:

"Ermənistanı biz istəmirik, Gürcüstan isə özü istəmir. Ermənistanı ona görə ki, nə qədər sülh müqaviləsi imzalamayıb, Azərbaycanın ərazi bütövlüyünü rəsmi qaydada tanıdığını bəyan etməyib, Azərbaycan onu bütün layihələrdən kənar saxlayır. Gürcüstanda isə vəziyyət bir az başqa cürdür. Regional bazarın yaradılmasını istəyən bütün ölkələr çox güman ki, Gürcüstanı burada görmək istəyər. Lakin Gürcüstan özü bu bazara o qədər də meyilli deyil.

Avropaya istiqamət alan bu ölkənin hazırkı iqtisadi fəaliyyət cografiyasında yer alması onun iqtisadi və siyasi maraqlarına ziddir. Rusiyaya gəldikdə isə bütün məkanlarda, hətta mədəniyyət mərkəzərində və tədbirlərdində belə az qala bu ölkənin daha çox hərbi-siyası yanaşma tərzi sərgilədiyini nəzərə alsaq, bu, regional bazar fəlsəfəsinə də onun öz prizmasında yanaşacağı gözləniləndir.

Azərbaycanın regional bazardan ala biləcəyi faydalara gəldikdə isə hazırkı dönəmdə bunun digərləri kimi olmasa da, müəyyən istiqamətlərdə faydalarının olacağını qeyd etmək olar. İxrac mallarını daha çox reallaşdırmaq fürsəti o ölkələrdə olur ki, onların ixrac potensilı var, amma bazarla bağlı problemlər yaşayırlar. Bu baxımdan İran və Türkiyə regional bazarın üstünlüklərindən daha çox faydalanan ölkələr olsa da, Azərbaycan da müəyyən ixrac məhsullarını bu bazarda daha rahat və sərfəli şərtlərə realizə edə bilər. Bundan əlavə olaraq, ixrac yönümlü istehsal və emal sahələrinin yaradılması üçün də Azərbaycan üçün əlavə fürsətlər yarada bilər. Amma bir şərtlə ki, bu stimullaşdırıcı situasiya zamanında qiymətləndirilib istifadə edilsin. Yüksək dəyər tutumlu məhsullar istehsalının ciddi əsası qoyulsun. Əgər biz bu bazarda yenə də alıcı olacağıqsa, təklif yox, tələb edən tərəf olacağıqsa, bunun faydasından uzun danışmağa dəyməz", - iqtisadçı deyib.

Onun sözlərinə görə, bütün tərəfdaş ölkələrin ümumi faydalanacağı digər bir üstünlük isə burda fərqli ödəniş sistemləri tətbiq etməklə region xaricinə valyuta axınının nisbətən əngəllənməsi ola bilər. Çünki bu regional bazarın tərəfdaşlarının hər birini birləşdirən ən böyük oxşar xüsusiyyət onların hər birinin milli valyutasının ciddi təzyiq altında olması, real mənada dəyər itirirməsidir. Düzdür, regional bazar bu təzyiqin qarşısını ala bilməz. Amma əlverişli yeni ödəniş sistemləri yaratmaqla nisbi mənada xaricə valyuta axınını az da olsa əngəlləmiş olar. Diğər bir ümumi divident isə bu bazarın bölgənin stabiliyinə (nisbi) xidmət etməsidir.

Azvision.az



Teqlər: Regional-bazar  





Xəbər lenti