Emin Milli yalanını etiraf etdi

Emin Milli yalanını etiraf etdi
  30 Mart 2013    Oxunub:1443
Bir neçə gün əvvəl bloqqer Emin Millinin “Meydan TV” üçün guya öz evini satması haqda dediklərinin yalan olduğunu bildirmişdik. Və onun Bakıda yerləşən iki mənzili haqqında məlumat vermişdik.
Bu gün Emin Milli özü də “facebook” səhifəsində etiraf edib ki, həqiqətən də evini satması haqqında dedikləri yalandır:

“...Mən iki-üç həftə bundan əvvəl evimin satıldığı barədə məlumat yaydım.- deyə Emin Milli yazır,- Razıyam, ola bilər ki, pulu əlimə götürüb sonra bu məlumatı yaymalı idim. Tənqidi qəbul edirəm. Bir nəfər azərbaycanlı mənə dedi ki, mən səndən o evi alıram. Adının deyilməsini istəmir. O mənə hələ də pulu çatdırmayıb. Bu da həqiqətdir. Amma pulu çatdıran kimi bunu görə biləcəksiniz.
Əgər kimsə mənim səmimi olmağımda şübhə edirsə, onda kişi kimi çıxsın və desin ki, Emin, bax, 60 000 avro pul, qol çək və evini ver mənə. Bu pulu isə Meydan TV layihəsinə yatır. Bunu etməsəm, o zaman bu ittihamlar haqlı ola bilər. Amma bunu edə bilməyən insan, vaxtımızı almasın. Boş-boş danışmağa vaxtımız yoxdur. Mənim niyyətim səmimidir və bunu yoxlamaq çox rahatdır. Mənə pulu çatdıracaq adamı gözləməyin. Aranızda bir nəfər tapılarmı bunu etsin? Var o bir nəfər aranızda? Mən gözləyirəm...”

Göründüyü kimi, Emin evinin satılmadığını deyir. Halbuki buna qədər o, evini 60.000 manata sataraq, bu pulları da “Meydan TV” yaratmağa yönəltdiyi haqda xəbər yaymışdı. Hətta tərəfdaşlarına “kimin nəyi varsa, satsın” çağırışını da ünvanlamışdı. Görünür, yalanının tutmadığını görüb, nə qədər ki gec deyil, etirafla günahını yumağa çalışır.


Teqlər:





Xəbər lenti