“Ukrayna Krımın səlahiyyətlərini genişləndirməyə hazırdır”

“Ukrayna Krımın səlahiyyətlərini genişləndirməyə hazırdır”
  14 Mart 2014    Oxunub:1157
Bununla belə Ukrayna baş naziri Krımın statusu barədə referendumu qəbuledilməz hesab edir.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında çıxış edən Ukrayna baş naziri Arseni Yasenyuk Krım Muxtar Respublikasının səlahiyyətlərinin genişləndirilməsi barədə dialoqa hazır olduqlarını dilə gətirib.

“Biz ölkəmizdəki bütün milli azlıqları müdafiə edəcəyik. Krım muxtariyyətinin Ukrayna parlamentindəki səlahiyyətlərini konstusion vasitələrlə və instrumentlərlə möhkəmləndirməyə və ümumilli dialoqa hazırıq”-deyə Yasenyuk çıxışında vurğulayıb.

Bununla yanaşı Krımdakı referendumun nəticələrini tanımayacaqlarını bildirən Ukrayna hökumət başçısı Rusiya ilə açıq dialoqa hazır olduqlarını diqqətə çatdırıb.

Xatırladaq ki, Rusiya tərəfi Ukraynadakı prosesləri hakimiyyətin zorakılıqla devrilməsi kimi qəbul edir və yalnız Ukrayna Ali Radasının legitimliyini tanıyır.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti