102 illik problemi həll edən Qüvvə: Ordumuzun tarixi portreti

      102 illik problemi həll edən Qüvvə:    Ordumuzun tarixi portreti
  26 İyun 2021    Oxunub:5305
“Sülh istəyirsənsə, müharibəyə hazır ol” ifadəsinin 2 min yaşı olsa da, bu günə qədər aktuallığını itirməyib və görünən odur ki, hələ uzun müddət itirməyəcək. Azərbaycan xalqı hər zaman sülh istəyib, sülh şəraitində yaşamağı arzulayıb və bu arzusunun reallğa çevrilməsi üçün gecə-gündüz müharibəyə hazırlaşıb, həmin gün gəldikdə isə sülh naminə Zəfər Savaşını həyata keçirib.
Hər bir dövlətin yaranması, təşəkkür tapması və inkişafı onun Ordusunun inkişafı ilə paralel gedir. Dövlətin qurulmasının mahiyyətində onu yaradan vətəndaş cəmiyyətinin özünü kənar düşmənlərdən qorumaq istəyi dayanır. Bu vəzifə isə Ordunun üzərinə düşür. Ordunun qüdrəti dövlətin gücünün göstəricisidirsə, ordunun gücünün göstəricisi düşmən üzərindəki qələbəsi ilə ölçülür. Düşməni dəf etmək gücünə malik ordusu olmayan ölkənin suveren dövlətçiliyindən söhbət belə gedə bilməz.

Azərbaycan dövləti 1918-ci ildə müstəqilliyini qazanmasıyla paralel olaraq, ordu quruculuğuna başlayıb. Həmin dövrdəki mürəkkəb geosiya vəziyyətlə yanaşı, Azərbaycanın dərhal ordu quruculuğunu həyata keçirməsini labüdləşdirən erməni düşmənçiliyilə üz-üzə qalması idi. Azərbaycan yarandığı ilk gündən erməni düşmənçiliyilə qarşı-qarşıyadır və gerçəyi söyləmək lazımdırsa, dövlət-ordu yarandıqdan tam 102 il sonra bu tarixi düşmən üzərində nəhayət ki, Qələbə qazanıldı!
Müdafiə Nazirliyində müşavirə keçirilib

Azərbaycan tarixində ilk dəfə olaraq, sadəcə Ordu Günü deyil, Zəfərə imza atmış Müzəffər Ordusunun yaranğı günü 102 il sonra - 103-cü ilində qeyd edir. Və budur: Müharibə sülhü yaratdı, yeni tarixi dövr başlayır. Bu sülh dövrü olacaq, ancaq bu sülh üçün Azərbaycan 102 il ordu-dövlət qurmalı oldu. Bu quruculuq heç sovet imperiyası zamanı da dayanmadı, Heydər Əliyevin Bakıda hərbi məktəb təsis etməsi, azərbaycanlıların müxtəlif yerlərdə hərbi təhsilə cəlb olunmaları prosesin tərkib hissəsi idi.

“Biz heç də ermənilərdən zəif olmamışıq, onların güclü havadarları olub” fikrilə razılaşmamaq olmur, bununla belə, problemin kökündə hər zaman məhz ermənilərin bizə qarşı düşmənçiliyi dayanıb, bunun səbəbi də əslində çox sadədir. Məsələyə tarixi-geosiyasi ampluadan yanaşıldıqda görürük ki, keçən əsrin əvvəlində Qərbin gündəliyində duran əsas məsələ iki böyük imperiya – Osmanlı və Rusiyanı parçalamaq idi. Osmanlını parçalamaq üçün tədavülə buraxılmış “millətçilik” ideologiyasının kölgəsində ermənilər xüsusi canfəşanlıq göstərir, bunun müqabilində qalib Qərb ölkələrindən özlərinə dövlət qurmaq üçün şərait yaradılmasını istəyirdilər. Hətta Amerika prezidenti bununla bağlı xüsusi dekret də imzalamışdı.

Lakin Osmanlının yerində yaranmış Türkiyə Cumhuriyyəti buna imkan vermədi, xain ermənilər cəzalandırıldı, bəziləri başqa ölkələrə qaçdı. Bu hadisələri ermənilər “soyqırım” kimi qələmə verir, Amerika isə verdiyi sözü tuta bilmədiyi üçün bu günə qədər öz qoynundakı erməni ilanını qondarma “soyqırım” nağılı ilə bəsləməkdədir.

Rusiya İmperiyasında millətçilik ideologiyası bazasında müstəqil ölkələrin baş qaldırması fonunda Cənubi Qafqazda erməni dövləti də yaranır və yarandığı ilk gündən vaxtilə Osmanlıya qarşı mübarizədə ixtisaslaşmış quldur dəstələr bu dəfə müstəqil Azərbaycandan ərazi qoparmaq uğrunda savaşa girişir. Lakin kommunizm ideologiyası Rusiya imperiyasını başqa adla bərpa etməyə imkan yaratdığı üçün ermənilərin öz iddialarını reallaşdırmaq istəyi yarıda qalır. Bu baxımdan, erməni silahlı qruplaşmalarının faşit Almaniyasının tərkibində SSRİ-ə qarşı mübarizə aparmasındə təccüblü heç nə yoxdur.

Nəhayət, SSRİ-nin dağılmasından sonra yenidən müstəqil dövlətlər meydana çıxır və Ermənistanın Azərbaycan ərazilərini işğal etmək istəyi tarixən onlara söz verimiş əraziləri özlərinkiləşdirmək cəhdindən doğur, məlum havadarlarlar buna göz yummaq məcburiyyətində qalırdılar.

Lakin ermənilərlə azərbaycanlıları fərqləndirən əsas cəhət irqlərin xarakterindəki konseptual təzahürlə bağlıdır. Azərbaycanlıların dövlət və dövlətçiliyə bağlılığı ermənilərdə demək olar ki, yoxdur. Ermənilər daha çox ideyaya bağlı oluqları üçün dövlətçilik anlayışını nəinki qavramır, hətta hiss etmirlər. Bunu Ermənistanın keçmiş prezidenti Rober Koçaryan məşhur jurnalist Poznerə müsahibəsi zamanı da etiraf etmişdi.

Dövlətçilik ideyasına bağlılığı əks etdilən əsas amil, bütün məhrumiyyətlər və əziyyətlərə baxmayaraq, dövlətlə paralel Ordu quruculuğunun həyata keçirilməsidir. Ermənistanın uduzduğu məqam məhz budur: O dövlətin sərhədlərini hələ də Rusiya qoruyur, Rusiyanın hərbi bazası hələ də bu ölkədə yerləşir. Qarabağdakı hərbi qüvvələrini isə 44 günlük müharibədə Azərbaycan Ordusu darmadağın etdi.

Azərbaycanın tarixi zəfərinin müəllifi prezident İlham Əliyevin ermənilərə “Bayraqlarını endirib, qatlayıb ciblərinə qoymaq” tövsiyəsi nə qədər zarafatyana səslənsə də, ermənilər üçün acı reallığı tam çılpaqlığı ilə özündə əks etdirir.

Tofiq Vahid
Azvision.az



Teqlər: Ordu  





Xəbər lenti