Bu günədək 578250 hektar sahədə biçin aparılıb
Biçin prosesində 1720 kombayn iştirak edir. Bunlardan 977 kombayn fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Biçin zonasında “Aqroservis” ASC-nin rayon bölmələrində olan 495 kombayn iştirak edir, “Aqroservis” tərəfindən aktv biçin gedən rayonlara digər bölgələrdən 248 kombayn dislokasiya edilib. İndiyədək “Aqroservis” ASC-nin kombaynları ilə 179315 ha, özəl kombaynlar ilə isə 398935 ha sahə biçilib.
Biçin davam edir.
Azvision.az