Füzulidə erməni hərbçilərinin cəsədləri axtarılır

  19 İyun 2021    Oxunub :523
 Füzulidə erməni hərbçilərinin cəsədləri axtarılır
İkinci Qarabağ müharibəsində itkin düşmüş və ölən erməni hərbçilərin axtarışları davam edir.
Azvision.az bu barədə erməni KİV-lərə istinadla xəbər verir. Məlumata görə, bu gün axtarışlar Füzuli rayonunda aparılır. Axtarış işlərinə bir briqada cəlb edilib.

Xatırladaq ki, indiyədək Qarabağda 1 579 erməni hərbçinin cəsədi və qalıqları tapılıb. Onların 22-si iyun ayında aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   Erməni   Cəsəd  






Xəbər lenti