"Putin Zelenski ilə görüşə hazırdır" - Peskov

  17 İyun 2021    Oxunub :468
"Putin Zelenski ilə görüşə hazırdır" -  Peskov
Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşməyə hazırdır.
Azvision.az xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, heç nə dəyişməyib, lakin bu günə qədər görüşün təşkili üçün konkret addımlar atılmayıb.

"Daha əvvəl Prezident Putin həmkarı Zelenski ilə görüşməyə hazır olduğunu bildirib. Bunu özü açıq şəkildə söyləyib. Əminəm ki, bununla bağlı heç nə dəyişməyib. Ancaq bu günə qədər bildiyimiz kimi görüşün təşkili üçün konkret addımlar atılmayıb”, - Peskov vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: VladimirPutin   VladimirZelenski  






Xəbər lenti