Baş Prokurorluq müraciəti təsdiqlədi

Baş Prokurorluq müraciəti təsdiqlədi
  29 Mart 2013    Oxunub:1475
Baş Prokurorluğu Zakir Qaralovun Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstara müraciət etməsi barədə məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun AzVision.az-a verdiyi məlumata görə, baş prokuror Zakir Qaralovun Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin fəaliyyətində yol verilmiş qanun pozuntuları ilə bağlı ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstara müraciət edib.

Qeyd edək ki, Baş prokuror Zakir Qaralov ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstara məktubla müraciət etmişdi.Məktubda deyilir ki, mətbuatda nümayəndəliyin işində mövcud olan nöqsanlarla bağlı dərc olunmuş məqalələr cəmiyyətdə böyük ictimai rezonans doğurub. Prokurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində NDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən öz fəaliyyətinin həyata keçirilməsi zamanı «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında», «Hüqüqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» və «Qrant haqqında» Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qayda»sının tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövrü başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verildiyi və nümayəndəliyin rəhbəri Alekseys Qriqoryevin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990,44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən nagd şəkildə məxaric olunduğu müəyyən edilib.


Teqlər:  





Xəbər lenti