ABŞ Konqressindən Rusiyaya qarşı qətnamə

ABŞ Konqressindən  Rusiyaya qarşı qətnamə
  12 Mart 2014    Oxunub:1048
Konqresin Nümayəndələr Palatası Rusiyanın “Böyük Səkkizlik”dən (G8) çıxarılmasını istəyir.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Nümayəndələr Palatasının qəbul etdiyi qətnamə Rusiyanı Ukraynaya qarşı apardığı siyasətə görə pisləyir.

Qətnamədə Ağ Evdə Rusiyanın “Böyük Səkkizlikdən” çıxarılması ilə bağlı tövsiyyə də yer alıb.

Bundan başqa konqressmenlər Obama administrasiyasına Rusiyanın dövlət məmurlarına, dövlət banklarına, dövlət agentliklərinə və kommersiya şirkətlərinə qarşı viza rejimi və iqtisadi sanksiyalar tətbiq etməyə çağırıb.

Nümayəndələr Palatası NATO-dan Rusiya ilə bütün sahələrdə hərbi əməkdaşlığı o cümlədən silah və texnika alqı-satqısını dayandırmağa çağırır.

Əvəzində Ukraynanın Rusiyadan enerji asılılığını azaltmaq üçün iqtisadi yardım proqramının hazırlanması təklif olunur.
Qətnamə məsləhər xarakteri daşıyır və Konqresin mövqeyini əks etdirir. Qətnaməyə qarşı 7 konqresmen çıxsa da, 402 konqresmen qərarı dəstəkləyib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti