Qadın siyasətçilər Bakıda toplaşacaq

Qadın siyasətçilər Bakıda toplaşacaq
  29 Mart 2013    Oxunub:1339
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsi qurumun qadınlar qolunun ilk iclasının 4-6 apreldə Bakıda keçirilməsi qərarını qəbul edib.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytında yer alan xəbərə görə, "Asiyanın gələcək inkişafında qadınların yeri" mövzusunda Bakıda keçiriləcək tədbirə YAP ev sahibliyi edəcək.

Məqsəd geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarının bir araya gələrək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasında onların əməkdaşlığının qurulmasıdır.
Bu tədbirdə, həm də Asiyanın siyasətçi qadınlarının çoxtərəfli və ikitərəfli əməkdalığı da müzakirə ediləcək.

İlk dəfə keçiriləcək bu tədbirdə 30-dan çox ölkənin siyasi partiyalarını təmsil edən 50-dən çox qadın siyasətçi iştirak edəcək. Tədbirə bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də qatılacaq.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2012-ci ilin noyabr ayında Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasının növbəti iclası Bakıda keçirilmişdir. Assambleyanın açılış mərasimində İlk olaraq möhtərəm Prezidentimiz və Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevın ICAPP VII Baş Assambleyasının Fəxri Prezidenti seçilmişdir. Eyni zamanda, qeyd etmək ki, Yeni Azərbaycan Partiyası ICAPP-ın Daimi Komitəsinin üzvüdür.



Teqlər:





Xəbər lenti