Bayden Suriyanı Liviya ilə dəyişik saldı
Daha əvvəl Baydenin Britaniyada G7 zirvəsindəki çıxışının videosu yayılıb. Ağ Ev rəhbəri Vaşinqton və Moskvanın bir çox sahədə birlikdə işləyə biləcəyini söyləyib.
"Biz Rusiya ilə birlikdə işləyə bilərik. Məsələn ... Liviyada", - Bayden deyib.
Sallivandan jurnalistlər Prezidentin dediklərinə aydınlıq gətirməsini istəyiblər. O isə Baydenin Suriyanı nəzərdə tutduğunu söyləyib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: CoBayden