Putin-Bayden görüşünə görə PUA-ların uçuşu dayandırıldı

  14 İyun 2021    Oxunub :462
Putin-Bayden görüşünə görə PUA-ların uçuşu dayandırıldı
İsveçrə hökuməti tərəfindən Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Co Baydenin görüşündən əvvəl təhlükəsizlik tədbiri olaraq pilotsuz uçuşlara qoyulan qadağa bu gün qüvvəyə minib.
Azvision.az bu barədə “TASS”a istinadla xəbər verir.

Məlumata görə, 17 iyun 00:00-a qədər pilotsuz aparatlarını buraxılması qadağandır və çərşənbə axşamından etibarən pilotlu təyyarələrin uçuşlarına da məhdudiyyətlər qoyulacaq. Hökumətin qərarına əsasən, pilotsuz aparatların uçuşlarına qoyulan qadağa Cenevrə kantonunun bütün ərazilərinə şamil edilir.

Polisin nümayəndəsi Jan-Filip Brandt bildirib ki, bu qadağanı pozanlar cərimələnəcək. Polis qadağaya əməl etməyən sahibkarlardan cihazları müsadirə etmək niyyətindədir.

İsveçrə səlahiyyətliləri tədricən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər. İyunun 8-dən etibarən zirvənin keçiriləcəyi “La Grange” ətrafında maşın saxlamaq qadağandır. Parkın girişi bağlıdır. “La Grange” və ona bitişik olan “Park Haut Vives” metal tikanlı məftillərlə əhatə olunub.

Xatırladaq ki, Putin və Bayden iyunun 16-da görüşəcəklər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: VladimirPutin   CoBayden  






Xəbər lenti