Ailəsini Xocalıda itirən Baloğlan Allahyarov vəfat etdi

Ailəsini Xocalıda itirən Baloğlan Allahyarov vəfat etdi
  03 İyun 2021    Oxunub:1202
Xocalıda ailəsini itirən Baloğlan Allahyarov 80 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə deputat Aydın Mirzəzadə "Facebook" hesabında məlumat paylaşıb.

"Onu Mingəçevirdə icra hakimiyyətində işləyən dövrdən tanıyırdım. Sakit, abırlı bir insan idi. Heç vaxt heç nədən şikayət etməzdi, heç nə istəməzdi, sadəcə salamlaşmağa, əhval tutmağa gələrdi. 26 fevral 1992-ci ildə Xocalıda ermənilər onun bütün ailəsini öldürmüşdülər. Heç vaxt o hadisələrdən danışmazdı, amma gözlərində dərin bir kədər var idi. Xocalını görmək istəyirdi, evinin qapısını açmaq arzusunda idi", - deyə deputat bildirib.

Azvision.az


Teqlər: Xocalı  





Xəbər lenti