Ötən gün üç nəfər yanaraq ölüb

Ötən gün üç nəfər yanaraq ölüb
  03 İyun 2021    Oxunub:856
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 49 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 5 nəfər, o cümlədən Buzovna sularda xilasetmə məntəqəsinin ərazisində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, Sabirabad rayonunun Zəngənə kəndində fərdi yaşayış evində baş vermiş yanğın zamanı 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti