Gürcüstanda prezident seçkilərinin vaxtı açıqlanıb |
Bununla belə, pandemiya səbəbindən bu ilin 4 ayında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə azalıb. Həmin dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da 5,8 dəfə azalıb. Göründüyü kimi, pandemiya turist səfərlərinin kəskin azalmasına səbəb olub. Gürcüstana quru yolla səfərin mümkünlüyündən sonra qonşu ölkəyə gedənlərin sayının artacağı gözlənilir. Yay mövsümündə səfər edənlər üçün bu yeni bir imkandır".
Deputat qeyd edib ki, yay turizm mövsümünün yaxınlaşdığını nəzərə alaraq bizdə də ölkəmizə səfər ilə bağlı qaydaların mərhələli şəkildə yumşaldılması məqsədəuyğun olardı:
"Belə ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər. Bu baxımdan daha məqsədəuyğun olardı ki, yoluxma sayının lokallaşdırıldığı ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus (COVID-19) neqativ PSR-testi haqqında çap edilmiş arayış tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi, bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur".
Anar Kəlbiyev
Azvision.az