Metroda yaranan problemin səbəbi
Onun sözlərinə görə, həmin vaqon xəttdən aparıldıqdan sonra digər vaqonların hərəkəti bərpa olunub.
Tağızadə qeyd edib ki, yeni gətirilən vaqonların test rejimində işləməsi zamanı indiyə qədər hər hansı problem yaranmamışdır. Yeni vaqonda yaranan texniki problem araşdırılacaq.
Qeyd edək ki, bu gün səhər saatlarında metronun "20 Yanvar" və "İnşaatçılar" stansiyası istiqamətində sərnişinlər vaqonlardan boşaldılıb. Vaqonlar tünellərdə 10-15 dəqiqə qalıb.