“Məni “kölgə kabinetinə” daxil etməyin”

“Məni “kölgə kabinetinə” daxil etməyin”
  11 Fevral 2013    Oxunub:2386
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov adının “kölgə kabineti”nə daxil edilməsindən narahatdır. İqtisadçı alim mətbuatda “kölgə kabineti”nin tərkibi ilə bağlı yer alan siyahıda öz adını görüb əsəbiləşib.
Və o, mətbuatı, xüsusilə informasiya saytlarını reytinq qazanmaq məqsədilə bu kimi hərəkətlərə yol verməkdə suçlayıb.
AzVision.az bildirir ki, Vüqar Bayramov facebook profilində bunun köhnə taktika olduğunu yazıb:
“Jurnalist dostlarımızdan xahiş edərdim ki, mənim adımı heç bir “kölgə kabinetinə” daxil etməsinlər. Əvvəlla, heç bir qurumun kölgə kabineti yoxdur, çünki belə siyahılar olsaydı, ən azı həmin siyahılarda adları qeyd edilənlərin öncədən xəbəri olardı. Müxtəlif internet saytlarında yerləşdirilən “siyahılar” həmin portallarda çalışanların sadəcə sayta marağı artırmaq üçün hazırladıqları sıralamadır.
İkincisi, Azərbaycanda kölgə kabineti ideyası artıq köhnəlmiş taktikadır və bu özünə heç bir ciddi ictimai diqqət cəlb etmir.
Üçüncüsü, siyahılarını ciddi göstərmək üçün ictimaiyyətin tanıdığı müxtəlif adların razılaşdırmadan və heç bir əsas olmadan ora daxil edilməsi jurnalistika etikasina da uyğun deyil.
Nəhayət, əgər belə siyahılar reallıqda olsaydı belə, mənim adım onların heç birində olmayacaqdı”.


Teqlər:  





Xəbər lenti