Dünya Bankı Azərbaycana 65 milyon dollar ayırdı

 Dünya Bankı Azərbaycana 65 milyon dollar ayırdı
  21 May 2021    Oxunub:1451
Dünya Bankı Azərbaycanda yolların inkişafı üzrə layihəyə 65 milyon ABŞ dolları kredit ayırıb.
Azvision.az banka istinadla xəbər verir ki, mayın 20-də Dünya Bankının Direktorlar Şurası “Regional əlaqələr və inkişaf” adlı yol layihəsini müzakirə edib və Azərbaycana 65 milyon dollar kreditin ayrılmasını təsdiqləyib. Layihə ölkənin cənubundakı Salyan-Biləsuvar yolu boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat bağlantısı təmin edəcək və bazara çıxışı yaxşılaşdıracaq.

Dünya Bankının Azərbaycan ofisinin rəhbəri Sara Maykl deyib ki, bu layihə Azərbaycanın milli inkişaf prioritetlərinə çatmasına kömək edəcək.

Azvision.az


Teqlər: Dünya-bankı  





Xəbər lenti