Britaniya ölkəmizə 30 milyard dollardan çox investisiya yatırıb

Britaniya ölkəmizə 30 milyard dollardan çox investisiya yatırıb
  20 May 2021    Oxunub:1363
2019-cu ildə Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 34 faiz artaraq 704,6 milyon ABŞ dolları təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Arvadının 3 sui-qəsdindən sağ çıxan kişi: "Onu sevirəm!"
Nazirin sözlərinə görə, ötən il sözügedən göstərici pandemiyanın mənfi təsirləri ilə əlaqədar 35 faiz azalsa da, 2021-ci ildə yenidən artım müşahidə olunur. Belə ki, bu ilin birinci rübündə iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 2,5 dəfə artaraq 162,2 milyon dollara çatıb.

Azərbaycanla Böyük Britaniya arasında neft-qaz sahəsində 30 illik uğurlu əməkdaşlığın qlobal enerji sektorunun yeni çağırışlarına uyğun olaraq yeni inkişaf mərhələsinə daxil olduğunu qeyd edən P.Şahbazov deyib: “Birləşmiş Krallığın indiyədək Azərbaycan iqtisadiyyatına yatırdığı 30,6 milyard dollar investisiyanın 28,8 milyard dolları enerji sektorunun payına düşür. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” Milli Prioritetinin növbəti onillikdə reallaşdırılması, bərpaolunan enerji və yaşıl texnologiyaların inkişafını təşviq edən strateji qərar və irəli sürdüyü vəzifələrin həll edilməsi ölkələrimiz arasında enerji əməkdaşlığının şaxələnməsi üçün yeni imkanlar açır. İnteqrasiya edilmiş enerji və nəqliyyat sistemlərinin karbonsuzlaşdırılması, bərpaolunan enerji, enerji səmərəliliyi, liberal enerji bazarına keçid və elektrik şəbəkələri üzrə əməkdaşlığımız nəinki iki ölkə arasındakı münasibətlərə, həm də enerji keçidi prosesinə öz töhfəsini verəcək”.

Azvision.az


Teqlər: Britaniya  





Xəbər lenti