Azərbaycanda hərbi maşın minaya düşdü

Azərbaycanda hərbi maşın minaya düşdü
  07 Mart 2014    Oxunub:896
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissəyə məxsus “Ural” markalı yük maşınının cəbhə xəttində minaya düşməsi nəticəsində avtomobil yararsız hala düşüb.

Avtomobilin sürücüsü, müddətdən artıq xidmət edən hərbi qulluqçu Novruz Zeynalovun müxtəlif xəsarətlər aldığı bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləsələr də, sürücünün xəsarət almadığı bildirilib.


Teqlər:  





Xəbər lenti